Azərbaycanlı məmurlar və biznesmenlər Türkiyədən özlərinə kral və şahzadələrin istifadə etdiyi dizaynda yataq və qonaq mebelləri alırlar.

Unikal.org-un məlumatına görə, təkcə 2019-cu ildə Adanadan Azərbaycana dəyəri milyon dollarlarla ölçülən kral və şahzadələrin istifadə etdiyi yataq və qonaq otaqları üslubunda yığılan mebellər göndərilib.

Bir mebel dəstinin istehsal qiyməti isə 100 min dollardan bahadır.

İraq, Suriya, Səudiyyə Ərəbistan, İordaniya, İran, Azərbaycan və Liviyaya ümumilikdə 40 milyon dollardan artıq mebel satılıb.