Yanvarın 29-da rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzovun iştirakı ilə Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib.
Unikal.org xəbər veri ki, tədbirdə hesabat məruzəsi ilə çıxış edən Kürdəmir şəhər inzibati ərazi nümayəndəsi İlqar Salmanov 2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Məruzədə qeyd olundu ki, hesabat ilində Kürdəmir şəhərində tikinti , quruculuq və abadlıq işləri geniş vüsət almış , şəhərin küçə meydanlarının abadlaşdırılması ilə bağlı təxirə salınmaz tədbirlər gerçəkləşdirilmişdir.
Daha sonra Kürdəmir şəhər bələdiyyəsinin sədr müavini Məzahir Qasımov, Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının direktoru Məhəmmədəli Surxayev, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov, rayon Yaşıllaşdırma idarəsinin rəisi Emil Sadıqov, şəhər sakini Tofiq Baloğlanov və başqaları çıxış edərək dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlərdən razı qaldıqlarını, rayonlarda, qəsəbə və kəndlərdə aparılan quruculuq işlərini bəyəndiklərini bildiriblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov 2019-cu il ərzində Kürdəmir rayonunda sosial-iqtisadi sahəsində görülmüş işləri geniş şərh edərək 2020-ci ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. Tacəddin Novruzov qeyd etdi ki, 2019-cu ildə rayon ərazisində xeyli işlər görülmüş, irimiqyaslı tikinti, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. O vurğuladı ki, Möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi qayğı və diqqət, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2020-ci ildə nailiyyətlərimiz daha da artacaq, rayonumuz daha da abadlaşacaq, əhalinin rifah halı gündən-günə yüksələcəkdir.
Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.