Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilimiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə əlaqədar Kənd Təsərrfatı Nazirliyi tərəfindən son 6 ayda keçirilən təlimlərdə 39921 nəfər iştirak edib.
Unikal.org xəbər verir ki, avqust ayından start götürülən təlimlərin 2697-si 2019-cu ildə, 91-i isə cari ildə keçirilib. Müvafiq olaraq ötən il keçirilən təlimlərə 38709 nəfər, bu ilin yanvarında isə 1212 nəfər cəlb edilib.
Nazirlik tərəfindən keçirilən təlimlərə 29781fermer ilə yanaşı,8480 icra və bələdiyyə nümayəndəsi, Nazirliyin Aparatının,strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların907əməkdaşı, 589 baytarlıq və 164 süni mayalanma mütəxəssisi də cəlb edilib.
Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı keçirilən təlimlər əsasən 3 istiqamət üzrə aparılıb:
1. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi – 22296 iştirakçıya 1493 təlim;
2. “Əkin subsidiyası” və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat – 16425 iştirakçıya 1199 təlim;
3. “Heyvan subsidiyası”– 1200 iştirakçıya 96 təlim.
Heyvan subsidiyası ilə bağlı keçirilən təlimlər davam etdirilir, yaxın vaxtlarda “Arı subsidiyası”, “Barama subsidiyası”, “Məhsul subsidiyası” və “Toxum-ting subsidiyası” ilə bağlı təlimlərə başlanılacaq. Hazırda bununla bağlı hazırlıq işləri aparılır.