Rusiyada dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur tarixçi Oleq Sokolov 24 yaşlı sevgilisini vəhşicəsinə öldürüb. Sevgilisi Anastasia Yeşçenko həmçinin onun tələbəsi imiş. Gənc qızın qolları tarixçi professorun çantasında tapılıb. 

Polis tərəfindən saxlanılan Oleq Sokolov sevgilisi ilə mübahisə etdiklərini və 24 yaşlı qızı öldürdükdən sonra onun qollarını, ayaqlarını və başını mişarla kəsdiyini etiraf edib. 

Tarixçi professor üzərində aparılan araşdırmalar nəticəsində onun ağıl sağlığının yerində olduğu məlum olub. Bu nəticə hər kəsi təəccübləndirib. Gənc sevgilisini vəhşicə parçalayan Sokolova 15 il həbs cəzası veriləcəyi gözlənilir.