Cəlilabad rayonunda yol qəzası baş verib.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.