Yaponiyada 5,3 bal gücündə zəlzələ olub.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir. Zəlzələnin episentri Usiku şəhərindən 6 kilometr qərbdə 69,7 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.