Rusiyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, Zabaykalyedə və Tümen vilayətlərində yeni pnevmaniyaya yoluxma hadisələri qeydə alınıb. Virusa yoluxan hər iki şəxs Çin vətəndaşlarıdır.

Qeyd edək ki, koronavirusa yoluxma hadisələri həmçinin Cənubi Koreyada, Yaponiyada, ABŞ-da, Tailandda, Kanadada, Vyetnamda, Sinqapurda, Nepalda, Fransada, Avstraliyada, Malayziyada, Kambocada və Almaniyada qeydə alınıb.

Ümudünya Səhiyyə Təşkilatı virusla bağlı qlobal fövqəladə vəziyyət rejimi elan edib.