Azərbaycan millisinin sabiq futbolçusu Lev Mayorov vəfat edib.
Uniukal.org xəbər verir ki, bu barədə Rusiyanın "Çernomorets" klubu məlumat yayıb. Bildirilib ki, Mayorov 51 yaşında qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 1969-cu ilin oktyabrın 13-də Bakıda anadan olan Lev Mayorov “Neftçi”nin yetirməsi olub. O, bir müddət "Bakılı" və "Kəpəz" klublarında oynayıb. 1990-cı illərdə millimizdə iki oyun keçirib.