ABŞ-da qəribə hadisə baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Montana ştatında yanğınsöndürən işləyən qadın Presley Pritchard işdən çıxarılıb. Hadisə ötən ilin avqust ayında baş verib.
3 il yanğınsöndürən işləyən qadını "Instagram" da paylaşdığı fotolarına görə işdən qovublar. Rəhbərliyin açıqlamasına görə, həmin fotolar 27 yaşlı qadının xidmət etdiyi quruma yaraşmır.
Presley Pritchard paylaşımları ilə insanları idman etməyə çağırdığını bildirib.