Videoları ilə “YouTube”da 4 milyon izləyici toplamağı bacaran olan  sosial şəbəkə fenomeni türkiyəli  Ruhi Çenet Çinə gedib. 

Unikal.org məlumat verir ki, indiyə kimi 259 nəfərin ölümünə səbəb olan koronovirusu araşdıran məşhur YouTube bloger cəsarətli addım ataraq  Çindəki xəstəxanalara baş çəkib.

Belə ki, etdiyi açıqlamada Çenet Çinə getdikdən 4 gün sonra ondan xəbər ala bilməyəcəyi təqdirdə lazımi kanalların xəbərdar edilməsini istəyib. Bu paylaşımdan sonra bir müddət səssiz qalan fenomen haqqında ölüm xəbərləri yayılıb.

"Instagram" hesabı vasitəsiylə ölüm xəbərinə cavab verən Ruhi Çenet:

"Vəziyyətim yaxşıdır. Korona virusunun mərkəzində deyiləm,  virusun riski daha az olan Hong-Konga gəldim. Burada koronavirusundan daha az qurban var. Hesabat verməyə davam edəcəyəm. Video sabah yayımlanacaq” deyə paylaşım edib. 

Gülayə Mecid