Birləşmiş Ərəb Əmirliklərin paytaxtı Dubay dünyanın ən hündür binası, ən böyük ticarət mərkəzi, qızıl hamburger və ən böyük üzük kimi yeniliklərlə tez-tez gündəmə gəlir.

Bu dəfə isə dünyanın ən lüks ayaqyolusu ilə sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etməyi bacarıb.

Unikal.org məlumat verir ki, Hong- Kong şirkəti tərəfindən hazırlanan qızıl ayaqyolu qabı 40 min 815 almaz muncuqla bəzədilib.

Belə ki, 334 karatlıq brilyantdan hazırlanmış milyon dollarlıq lüks ayaqyolu Asiya gözəllik kraliçalarının qatıldığı möhtəşəm bir mərasimdə tanıdılıb.