Dünyanı qorxuya salan koronavirusun gündəmdə olduğu vaxt Türkiyənin bir çox vilayətində "donuz qripi"nə yoluxanların sayında artım qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, bir neçə gün öncə Diyarbəkirdə bir nəfər bu xəstəliklə əlaqədar vəfat edib. Bu səbəbdən türkiyəli mütəxəssislər koronavirusla bərabər "donuz qripi"nə də diqqət edilməsi barədə tövsiyələrini irəli sürüblər.
Diclə Universiteti Tibb Fakültəsinin professoru Əbdurrəhman Şenyigit Türkiyədə "donuz qripi" təhlükəsinin koronoavirusdan daha çox olduğunu deyib.
"Xüsusilə risk altında olanlar mütləq peyvənd edilmədir... Beş yaşından balacalar, 65 yaşdan yuxarılar, xroniki xəstəliyi olanlar, dalağı götürülənlər, şəkərli diabetlər, bronxit xəstəliyi olanlar, astmalı adamlar mütləq peyvənd olunmalıdır", - deyə o bəyan edib.