Konyada yolun ortasında "drift" edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü cəzalandırılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qısa zaman ərzində avtomobilin qeydiyyat nişanını və sahibini müəyyən edən polis sürücünü tapıb. Sürücülük hüququna 60 günlük məhdudiyyət qoyulan şəxs 6141 TL (1750 manat) məbləğində cərimə olunub.