“Bloomberg Billionaires Index”in (BBI) reytinqinə əsasən, cari ilin yanvar ayında Rusiyalı milyarderlər 7,77 milyard dollar itiriblər.
Unikal.org xəbər verir ki, BBI reytinqində 23 rusiyalı da daxil olmaqla, dünyanın ən varlı 500 adamının məlumatları yer alıb.
Buna baxmayaraq ötən ay yeddi rusiyalı milyarder üçün düşərli olub. Belə ki, “Norilsk nikeli”nin rəhbəri Vladimir Potaninin sərvəti bir ayda 1,44 mln. dollar artıb. O, Rusiyalı milyarderlər arasında birinci yeri tutur.
Siyahıda ikinci yerdə “LUKoil” prezidenti Vahid Ələkbərovdur. Belə ki, yanvar ayında Vahid Ələkbərov sərvətini 600 milyon dollar artırıb.
Sərvəti azalanların sırasında isə ilk yerdə “Novatek” qaz şirkətinin rəhbəri Leonid Mixelson qərarlaşıb. Rusiyanın üçüncü ən varlı şəxsi olan L. Mixelson bir ayda 2,46 milyard itirib.
“Novatek” və “Sibur” şirkətlərinin Direktorlar Şurasının üzvü, “Volga group”un rəhbəri Gennadi Timçenko 1,96 milyard, “SUEK” kömür şirkətinin və “Yevro Xim” kimya korporasiyasının sahibi Andrey Melniçenko isə 1,52 milyard dollar itiriblər.