Ötən ilin avqust ayında həbsxanada intihar edən milyarder Jeffrey Epsteinin malikanəsinə basqın edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, manyak milyarderin evinin divarlarına yapışdırılmış çılpaq qadın fotoları aşkar edilib. Onun bu malikanəsində yetkinlik yaşına çatmamış qız uşaqları ilə də cinsi əlaqəyə girdiyi məlum olub.
Milyarderin malikanəsində yerləşən hovuzun qarşısında keçmiş qadın işçisinin çılpaq tablosu da tapılıb.
Xatırladaq ki, amerikalı milyarder Jeffrey Epstein çox sayda qadına təcavüz etdiyi və onlarla cinsi əlaqədə ola bilmək üçün qaçırdığı səbəbindən həbs olunmuşdu.