Rusiyanın Volqoqrad vilayətində 6 məktəb qrip və kəskin respirator virus infeksiyası ilə əlaqədar karantinə bağlanıb.
Unikal.org-un məlumatına görə, daha 39 tədris müəssisəsində 96 sinif karantinə alınıb.
Ümumilikdə vilayətdə 17 minə yaxın sakin qrip əlamətləri ilə xəstəxanaya müraciət edib, 98 nəfərdə xəstəlik təsdiq edilib.
Uşaqlar arasında virusun yayılmasının qarşısının alınması məqsədi ilə məktəblərin bağlanması qərarı alınıb.