Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə rəsmi qarşılanma mərasimində əsgərləri ukrayınca salamlaması Rus mətbuatında böyük əks-səda oyadıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Vladimir Zelenski tərəfindən qarşılanarkən tədbir iştirakçılarını "Slava Ukraine!" (Şan olsun Ukraynaya!) sözləri ilə salamlayıb.
Ölkə başçısının bu sözləri Rusiya mətbuatında böyük səs-küy yaradıb. KİV Ərdoğanın bu addımını İdlibdəki son hadisələrlə əlaqədar rəsmi Moskvaya etiraz əlaməti olaraq qarşılayıb.
Ərdoğanın verdiyi salamın 2018-ci ildə Ukrayna Prezidenti Pyotr Paraşenko tərəfindən rəsmiləşdirildiyi və anti-Rusiya təşkilatlarında istifadə etdiyi diqqət çəkən məqam olub.