Avropa İttifaqı (Aİ) İsrail-Fələstin münaqişəsinə dair ABŞ Prezidenti Donald Trampın “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşmasını qəbul etməyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borelli açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı İordan çayının qərb sahilinin İsrailin tərkibində qalmasını qəbul etmir və 1967-ci ildən sonra İsrailin zəbt etdiyi ərazilər üzərindəki suverenliyini tanımır.