"Qarabağ"ın transfer etmək istədiyi Alper Potuk Türkiyənin "Fənərbağça" klubunun heyətindən kənarlaşdırılıb.
Unikal.org xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin adı mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Alper Potuk üçün danışıqlar apardıqlarını təsdiqləmişdi.