Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçıları telefon söhbətində iki ölkə arasında münasibətlərlə yanaşı, Suriya və Liviyadakı son vəziyyəti müzakirə ediblər.
Ərdoğan bir neçə gün əvvəl İdlibdə Türkiyə hərbçilərinə hücum edən Bəşər Əsəd rejiminin Suriyada sülh səylərinə zərbə vurduğunu bildirib: "Türkiyə belə hücumlara qarşı qanuni müdafiə haqqından ən sərt şəkildə istifadə edəcək".