Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də 9 cinayətin üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.