Xətai rayonu Babək prospektində hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yanğın hadisəsi baş verib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, evi yanan şəxs müğənni Nura Surinin qonşusu olub.
Evdən çıxan tüstü yaxınlıqdakı evlərə dolub. Nəticədə, müğənninin oğlu Davidin də halı pisləşib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Alov qısa zamanda söndürülüb. Yanğının Nura Suri, o cümlədən digər vətəndaşların evinə keçməsinin qarşısı alınıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirilir ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının ondördüncü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində paltaryuyan, qabyuyan və mətbəx mebeli 2 p.m yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.