“Barselona”nın baş məşqçisi Kike Setyen komandadan ayrılacağı iddia olunan Lionel Messi haqda danışıb.
Unikal.org xəbər verir ki, İspanya mətbuatının suallarını cavablandıran Setyen, “Messinin gələcəyindən narahatsız” sualına belə cavab verib:
“Messi yetkin futbolçudur, özü qərar verməyi bacarır. Messinin atası deyiləm, həyatına qarışmayacam.
Mən komandadakı oyunçuları xoşbəxt etməliyəm. Messi də məşqlərdə gülür, burda olmağı sevir. Bunu dünən də görmüşəm, əvvəlki gün də”.