Braziliyada qəribə həbsxanadan qaçmaq cəhdi edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rio-da-Janeyroda ən böyük cinayət qruplaşmalarından birinin lideri olan Klauvino da Silva özünü 19 yaşlı qızına oxşadaraq həbsxanadan qaçmağa çalışıb. 

O, maska və parik taxdıqdan sonra qızının paltarlarını da geyinib. Lakin polis onun hərəkətlərindən şübhələnib və qaçmasına imkan verməyib.