Bakıda itkin düşən gənc oğlan tapılıb.

Unikal.org xəbər verir ki, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 1 A, mənzil 80 ünvanında yaşayan Eminova Kəmalə Fazil qızı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu 2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu "20 Yanvar" metrostansiyasının yanına getmək adı ilə fevralın 3-də evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Eminov Kamal Rasim oğlu sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.