Kürdəmir Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Unikal.org APA-ya istinadən məlumat verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Arzu Rzayev Kürdəmir RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, A.Rzayev bu vaxta qədər Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini olub.