İngiltərədə qəribə hadisə yaşanıb.

Unikal.org-un məlumatına görə, Middlzbro şəhərində yaşayan Olivia Nunn adlı gənc qız gecə dostları ilə partidə əyləndikdən sonra evə gəlib və yatıb. Oyandıqdan sonra isə o "selfi" çəkərək dostlarının olduğu "WhatsApp" qrupuna göndərib. 

Fotonu yaxınlaşdırıb diqqətlə baxan qrup üzvləri gənc qızın paltarında gizlənmiş böyük hörümçək görüb və dərhal Olivia Nunn-a xəbər veriblər. Bu zamana qədər gənc qızın paltarında hörümçək olmasından xəbəri yox imiş. Paltırını çıxararaq çölə atan Olivia Nunn sosial şəbəkədə xeyli məşhurlaşıb.