Gəncədə dəm qazından boğulma hadisəsi baş verib. 

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu yaşadığı evdə dəm qazından boğulub. O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.