Abşeron rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağı və içərisindəki əşyalar 80 m² sahədə və çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.