"Baldızım içir. Məni iki uşaqla atır küçəyə. Ərimdə gecə işdə olur. Oda içir. Baldızım içəndə başı çönür. Məni qovur sonra qayıdır düşür dalımca. Ki, bağışla içkili olmuşam. Öpür məni. Evə aparır. Bir gün sonra eyni şeyi edir. Bezmişəm".

Unikal.org xəbər verir ki, bu sözləri evdən qovulan iki uşaq anası Zöhrə deyib. O, Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» verilişində bu barədə məlumat verir. 

Daha sonra Amil Xəlilə adı hallanan Günel danışıb. O, iddiaları qismən qəbul edib. «İçmişəmsə o da içib. Bəli, onu döymüşəm amma səbəb var.» 
 
Zöhrənin əri də açıqlama verirb.O, imkansızlıqdan bir evdə yaşadıqlarını deyib və bir həftə vaxt istədiyini bildiririb. «Bir həftə vaxt verin hər şey yaxşı olacaq» deyə Sübhan bildirib.
 
Həmin anları təqdim edirik. Qeyd edək ki, bu gün Günelin anası, atası və bacıları da saat 12:50 də açıqlama verəcək. İddialara görə Günel anasını və xəstə atasını da döyərək küçəyə atıb.