Bakıda Sənan Həsənov adlı həkimin evində meyti tapılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə bir neçə saat bundan əvvəl baş verib.
Apa-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
13:36
****
15:14
Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb.
Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.