Azərabaycanın Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Hacı Nuran sosial şəbəkə hesabından məlumat yayıb.

"Onu heç xəstə yatağında görmək istəməzdim ... Amma nə edəsən ki, yaş öz sözünü deyir ... Elmira Rəhimovanı həmişə şux, gümrah görməyə adət etmişəm. Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, amma buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa "Maşallah, top kimiyəm", deyirdi ... Hətta yanvar ayının sonlarında Xəzər TV-nin "5-də 5" verilişində ad günümü ilk təbrikə gələnlərdən biri də o idi ... Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır . Onun barəsində nə qədər yazsam, yenə azdır .Elmira Rəhimovanın Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını cani-dildən, sevə-sevə oxumadı . Açığını desəm, mən nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim. O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə də çox pis təsir etdi. Amma həmişəki kimi optimistdir . Arzusunu da dedi "Bir bağ evim olsun, gedim oturum həyətdə . Doyunca nəfəs alım " Yastığın yüngül olsun, Elmira ana . Allahdan sənə ancaq və ancaq şəfa diləyirəm" deyə Hacı Nuran yazıb.