Bakı metrosunda daha bir həyəcanlı an yaşanıb.
Unikal.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə bu dəqiqələrdə metronun "Nəriman Nərimanov" stansiyasında baş verib: "Qatar stansiyaya yaxınlaşarkən bir nəfər özünü qatar relsinə atıb. Maşinist dərhal qatarı saxlayıb. Xətt cərəyandan ayrılıb və həmin şəxs qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Hadisə nəticəsində qatarların ümumi intervalında 10 dəqiqə gecikmə olub".