Ermənistan ordusu Syunik vilayətində (Zəngəzur) itki verib.
Unikal.org Ermənistan KİV-nə istinadən xəbərt verir ki, Naxçıvanla sərhəddə müqavilə əsasında xidmət keçən 4 hərbçi qar uçqununa düşüb.
Nəticədə əsgər Karapet Nazaryan (1991-ci il), kiçik çavuş Tiqran Arzumanyan (1994-cü il) və kiçik çavuş Nver Şahbazyan (1995-ci il) ölüb.
Əsgər Hamlet Mirzoyan (1998-ci il) isə xəsarət alaraq uçqundan çıxa bilib.
Faktla bağlı araşdırmalar başlanılıb.