“Dünya bazarlarında neftin ucuzlaşması səbəbindən 2020-ci il dövlət büdcəsinin parametrlərinin yenidən baxılmasına ehtiyac görülmür”.
Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.
O neftin ucuzlaşıb və yenidən bahalaşacağını istisna etməyib: “Büdcədə neftin qiyməti çox ehtiyatlı bir səviyyədə müəyyən edilib və təşvişə ehtiyac yoxdur”.
Nazir həmçinin bildirib ki, hazırda Azərbaycan daha çox borc ödəyir və bunun sayəsində ölkənin ümumi dövlət xarici borcu ÜDM nisbətində 5 faiz bəndi azalıb: "“Hazırda daha ucuz kreditlər cəlb edərək daha bahalı borcları ödəyə bilirik”.
S.Şərifov Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) sağlamlaşdırma tədbirlərindən də danışıb: ""Bank kifayət qədər yaxşı maliyyə göstəricilərinə malikdir, ötən il yaxşı mənfəət əldə edib, bunun bir hissəsini vergi kimi ödəyib, eləcə də səhmdarları və dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirib. Xüsusilə fiziki şəxs səhmdarlarına dividend ödənilməsi qeyd olunmalıdır. Əvvəllər ABB-nin səhmləri xeyli ucuzlaşmışdı, artıq bahalaşmaqdadır, bir sözlə bankın bazar dəyəri artır".