Adananın Tufanbeyli bölgəsində hava temperaturu mənfi 18 dərəcəyə qədər düşüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yolların buz bağlaması səbəbindən bir sürücünün avtomobili sürüşərək gölməçəyə düşüb. Sürücü canını güclə qurtarıb. Onun avtomobilini isə buzdan çıxarmaq mümkün olmayıb. Çarəsiz qalan adam evinə başqa bir maşınla gedib.
Bu soyuq hava şəraitinin Adanada 3 gün daha davam edəcəyi proqnozlaşdırılıb.