Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Cəmalə Gülağa qızı Abbasova yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib və ona başın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.