Daxili İşlər Nazirliyi (DİN) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Unikal.org-a daxil olan məlumatda bildirilir ki, 2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.
Saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.
Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda-rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb.