Ankarada yaşayan P.D.D. adlı qızı atası və əmisi öldürmək üçün meşəyə aparıblar.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb atasının 17 yaşlı qızın sevgilisi olduğunu öyrənməsi olub. Hadisənin polis xəbər verilməsi ilə bu cinayətin qarşısı alınıb. Qızı öldürmək üçün meşəlik əraziyə gətirən şəxslərin avtomobilindən bıçaq tapılıb. Yeniyetmə qız isə ağzı bağlı şəkildə tapılıb.
Ötən günlərdə Ankarada 17 yaşlı Şeyma Yıldız da eyni səbəbdən öldürülmüşdü.