"Beşiktaş" klubu ilə yollarını ayıran Abdullah Avcı Azərbaycan millisinin baş məşqçisi olmaqdan imtina edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 56 yaşlı məşqçi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüş keçirib. O, görüşdə ona təklif göndərən AFFA rəsmilərinə Azərbaycan millisinin baş məşqçisi olmaq istəmədiyini bildirib.