"Şükür ki, əziyyətim yerdə qalmadı, qızıl medal qazandım. 77 kiloqram çəki dərəcəsində ilk dəfə idi çıxış edirdim".
Unikal.org xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İtaliyanın paytaxtı Romada keçirilmiş Avropa çempionatında qızıl medal qazanmış Yunan-Roma üzrə Azərbaycan güləşçisi Sənan Süleymanov deyib.
O, qeyd edib ki, rəqibləri çox güclü olub: "Ən çətin görüş birinci idi. Bolqarıstanı təmsil edən erməni əsilli idmançı üzərində qələbə qazandım. Yarımfinal görüşümdə də erməni idmançısı ilə qarşılaşdım məğlub etdim və finala yüksəldim. Finalda özümə inam hissi daha çox idi. Gələcəkdə çalışacam ki uğurlarımın davamını gətirim”.