Fransada gələn ay bələdiyyə seçkiləri keçiriləcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron partiyasının üzvü olan Benjamin Griveauks da Paris şəhəri bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. Lakin internetdə onun intim videosu yayıldıqdan sonra o namizədliyini geri götürüb.
Benjamin Griveauks bir ildir özünü və ailəsini təhqir edən mesajlar aldığını açıqlayıb. Özəl həyatına aid olan videosunun yayılmasının isə qəbul edilməz olduğunu bildirib.