İngiltərədə 18 yaşlı Meqan Nyuman gecə klubunda sinif yoldaşı, 19 yaşlı futbolçu Jozef Trevor  ilə qarşılaşıb. Jozef Trevor bu zaman hə alkoqollu idi, həm də narkotik vasitədən istifadə etmişdi. 

Unikal.org xəbər verir ki, ayaq üstə durmaqda çətinli çəkən Trevor bu vəziyyətdə evlərinə gedə bilməyəcəyini deyib və sinif yoldaşı Meqandan kömək istəyib. 

18 yaşlı Meqan Nyuman dostuna kömək etmək üçün bir gecəlik onu evində qonaq etməyə razılıq verib. Josef Meqanla bağlı onun yaşadığı binanın qarşısına gediblər. Elə hadisə də bundan sonra baş verib. 

Vaxtı ilə təcavüzdə günahlandırılan Josef Trevor  Meqanın bu sirrini öz dostlarına deməsini bəhanə edərək onu boğmağa başlayıb. 

Daha sonr gənc qıza təcavüz edib. Meqan yataqda çılpaq və huşsuz vəziyyətdə yatarkən Josef Trevor mətbəğə gedərək bıçaq götürüb. Futbolçu gənc bıçaqla yataq otağına qayıdaraq huşsuz üzü üstə yatmış  Meqanı kürəyindən 9 dəfə bıçaqlayaraq öldürüb.  O daha sonra heç nə olmamış kimi evdən çıxıb gedib. 

Onların evə getmə anı və Josef Trevorun binadan çıxması ətrafdakı təhlükəsizlik kameraları vasitəsiylə lentə alınıb. 

Hadisə qonşuların Meqanın yerdəki qanlı açarını tapması ilə üzə çıxıb. Belə ki, qonşular gənc qızın ailəsinə xəbər veriblər. Daha sonra onun yaşadığı evə girdikdə gənc qızı yerdə qanlar içində tapıblar. Əraziyə polis və təcili yardım əməkdaşları gəlib. 

Həbs olunan 19 yaşlı cani ömürlük həbs cəzasına məhkum edilib. Trevor ən az 21 il 65 gün həbsxanada olacaq və təcavüzkar kimi qeydiyyata alınacaq.