Amerikada tanınmış reper Pop Smoke qətlə yetirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı reperin Los-Ancelesdə yaşadığı evə basqın edilib. Silahlı şəxslər reperi güllələyərək öldürüblər.
Hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.