Biləsuvar rayon sakini pnevmoniyadan vəfat edib.

Unikal.org "Report"a isytinadən xəbər verir ki, rayonun Ağalıkənd kənd sakini, 17 yaşlı Quliyev Xalid İdrak oğlu müalicə olunduğu xəstəxanada ölüb.

Məlumata görə, mərhum bir neçə gün öncə soyuq su ilə çimib. Bunda sonra onun vəziyyəti pisləşib. O, xəstəxanada bir müddət müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.