Suriyanın İdlib vilayətində Türkiyənin 2 hərbçisi şəhid olub.

Unikal.org Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, daha 5 hərbçi isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İdlibdə Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlar aparır.