Rusiyanın “Su-24” qırıcı təyyarələri Suriyanın İdlib vilayətini bombalayıb.
Unikal.org xəbər verir ki, bu barədə Suriyadakı münaqişə tərəflərini barışdıran Rusiya Mərkəzi məlumat yayıb.
Məlumatda Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus “Su-24” qırıcı təyyarələrinin İdlibdə terrorçuların mövqelərinə zərbələr endirdiyi bildirilib.
Qeyd olunub ki, Rusiyanın bu mövqeləri bombalaması Suriya ordusuna hücumları dəf etməyə imkan verib.
Məlumatda o da vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 6 zirehli və 5 ədəd pikap avtomobili məhv edilib.
Qeyd edək ki, Türkiyə tərəfi bu gün İdlibdə iki hərbçisinin şəhid olduğu barədə açıqlamaya yayıb.