Almaniyada dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Frankfurt şəhərinin yaxınlığında yerləşən 2 kafeyə hücum edən şəxs 9 nəfəri öldürüb. Onlardan beşinin türk olduğu bildirilib. Cinayətkar şəxs son olaraq öz anasını da öldürdükdən sonra intihar edib. Nəticədə 11 nəfər dünyasını dəyişib.

Onun bu dəhşətli əməlini etməzdən öncə divara öz internet saytının adını yazdığı və video çəkib "YouTube"yə yüklədiyi məlum olub.