İtaliyanın Baş naziri Cüzeppe Konte koronavirusun yayılmasının qarşısını almaq üçün zərurət yaranarsa, Şengen razılaşmasının dayandırılmasının mümkünlüyünü istisna etməyib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, Baş nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, facebook hesabında bildirib ki, bu günə qədər belə bir addımın atılmasına ehtiyac yoxdur: “İndiyə qədər Şengen razılaşdırılmasının dayandırılmasına ehtiyac duyulmayıb, lakin maksimum ehtiyat tələb edən şərtlər ortaya çıxsa, əhalinin sağlamlığını qorumaq üçün hər hansı bir tədbir görməyə hazırıq”.
Cüzeppe Konte əlavə edib ki, vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, cümə günü Milan yaxınlığında Lodi əyalətinin Lombardiya bölgəsində koronavirusa 14 yeni yoluxma hadisə qeydə alınıb.
Lombardiyanın qonşuluğundakı Veneto bölgəsində daha 2 şübhəli nəzarətə götürülüb. İtaliya hökuməti virusun yayılması ilə əlaqədar 10 şəhərdə məktəbləri və digər ictimai yerləri bağlamaq qərarına gəlib.
Xatırladaq ki, İtaliya hökuməti yanvarın 31-dən Çinə təyyarə reyslərini dayandırıb.