Xalq Rəssamı Əşrəf Heybətovun Berlində yerləşən Azərbaycan Evində Almaniya Azərbaycanlıları Alyansı tərəfindən Xocalı mövzusunda sərgisi təşkil edilib.

Unikal.org xəbər verir ki, sərgini giriş sözü ilə açan Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Əşrəf Heybətov yaradıcılığının əsas xəttini azərbaycançılıq ideası təşkil edir:

"Əşrəf müəllimin əsərləri dünyanın bir çox ölkəlırində nümayiş etdirilib. O uzun illərdir Almaniyada yaşamağına baxmayaraq vətənpər bir insandır. Rəssam kimi vətəndaşlıq mövqeyini öz əsərlərinə daşıyaraq Xocalı soyqırımını, Qarabağ həqiqətlərini dünyaya çatdırır. Əşrəf müəllimə uğutlar arzulayıram"

Əşrəf Heybətov çıxışında qonaqları salamlayıb. Qeyd edib ki, uzun zaman Azərbaycanda yaşamasa da hər zaman vətəni Azərbaycanı qəlbində yaşadır:

"Məni tanıyan hər kəs bilir ki, əsərlərimin ana mövzusu Azərbaycandır. Hər zaman çalışmışam ki, öz yaradıcılığımla bir vətəndaş kimi vətənimə xidmət edim".

Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev Əşrəf Heybətov yaradıcılığı ilə bağlı xoş sözlər dilə gətirərək ona bundan sonrakı yaradıcılığında uğurlar diləyib. 

Həsən Babayev

Berlin